Qara qar
13.02.2010 - 11:03
Bakıya qar yağdı. Amma qarın rəngini qara gördük. Çünki bu qar ağ qara oxşamırdı, hamımızı qara günə saldı, qanımızı qaraltdı, problemlərimizi üzə çıxardı. Sən demə, qar bizə yaraşmırmış. Afrikaya da buna görə yağmır, qar qara camaat üçün deyil.
Bununla belə, özüylə problemlər gətirsə də, qar qarlamasına sevindik. Necə də olsa, qarın qara mikrobları qarqara etdiyinə, bizi xəstəliklərdən qoruduğuna ümid edirik. Amma deyəsən, bu qar ona da yaramadı. Əksinə, içimizdəki mikrobları üzə çıxardı, onların yayılmasına kömək etdi.
Qarın ilk qara xəbəri Mahir Şükürovdan gəldi. Sən demə, "ulduz xəstəliyi" mikrobu yayılıbmış, üzə çıxması üçün qar lazım imiş. Dünən Biləcərini o yana keçən birisi artıq özünü "Barselona"nın oyunçusu sayırmış kimi hədələməyə başladı. Qarasınca danışmaq olmasın, gəl ki, hətta "Anji"də oynaya biləcəyi belə dəqiq olmayan birinin şərtlə danışması adama yer etdi. Sən demə, ötən tsikldə Almaniya, Rusiya və daha hansı komandaların gününü bu oğlanın sayəsində qara etmişik. Onun da indi qarnı ağrıyır ki, bəs niyə məni yox, Vaqif Cavadovu yığmanın ən yaxşısı seçiblər. Buna görə, qardaş canı, "voobşe" yığmaya gəlmirəm. Onu "xain" adlandıran Kazbek Tuayevin simasında bütün futbol icimaiyyəti Şükürovu yaxşıca məzəmmət etdilər, amma məncə, onun qara niyyətinə əsl qiyməti millimizin baş məşqçisi Berti Foqts verməlidi. Mahiri yığmaya çağırmamaqla alman intizamının sərt üzünü göstərmək olar. Onsuz da Mahir olanda da, olmayanda da gücümüz bəllidi.
Qar premyer-liqanın oyunlarının vaxtının dəyişməsinə də səbəb oldu. Və bəlli oldu ki, fevral çempionat oyunlarını keçirmək üçün ölkəmizə sərfəli vaxt deyil. Qarnıyekələrin lovğalanması ilə deyil, heç bir klubumuzun şəraiti belə havada oyun keçirməyə imkan vermir. Hər gün 10-15 legioner, qarabala gətirib-qaytarmaqla deyil, klub infrastrukturumuz yoxdu. Belədə adi drenaj sistemi olmayan stadionlarda yalnız hokkey oynamaq olar. Əlqərəz, PFL qərar verdi ki, qara görə çempionatın turlarını bir az geri çəksin. Beləliklə, iki oturacağa üçünü oturdub, bu problemi də qardaşyana yola verdik.
Çempionatın ilkin mərhələsi finişə yaxınlaşır. "Altılığ"ın 3 iştirakçısı bəllidi, qalan vəsiqələrə də 4 iddiaçı var. Amma deyəsən, qara zolağa düşən "Simurq" hələ qarın gətirdiyi şaxtadan qurtulmaq istəmir. Don vurmuş komandanı bu gün qardaşı "İnter" də qara günə qoysa, onda Zaqatalada hamı elitada qalmağın planlarını cızmalı olacaq. Əks halda qara günə düşməmək üçün qərblilərin "Bakı", "Neftçi" və "Qəbələ"ylə mübarizəsi sona qədər davam edəcək. Qarmaqarışıq vəziyyətdə kimin qartopuna tuş gələcəyi isə finiş xəttini keçəndə bəlli olacaq.
Doğrusu, qarafikirlilərin dediklərinə inanmaq istəmirəm. Ancaq hələ qış fasiləsində qulağıma belə bir qarmaqarışıq xəbər çatmışdı ki, "İnter" çempion olmaq üçün qardaşını "qurban" verib. Belə ki, guya iddialılar öz aralarında zaqatalalıların "altılığ"a düşməməsi, əvəzində "bankirlər"in çempion olması üçün razılaşıb. Axı, "Simurq" "qızıl xallar"a görə çoxunun başını ağrıdıb. İstənilən halda Zaqatala klubundan başqa 6 komandadan istənilən birinin kənarda qalması böyük pulları havaya sovuran rəhbərliyin sonda hesabat verməsinə səbəb olacaq. Bu isə aləmin qarışmasına gətirib çıxaracaq. Kəsəsi, "Simurq" kənarda qalanda "İnter" çempion olur, digərləri də "ya qismət" deyib avrokuboklara düşmək üçün çalışır. Yeri gəlmişkən, "Simurq" da yiyəsiz deyil, qardaşı danışıb onun üçün ölkə kubokunda final sifarişi verib. Amma bir daha bunun qara şayiə olduğunu qaralamaqda fayda var.
Bir baxın, görün qar yağanı nə qədər problem, mikrob baş qaldırıb. Deməli, bizə qarlamağın da xeyri yoxdu. Onsuz da ağ qar ölkəmizə düşən kimi qara olur. Deyirəm bəlkə gələn ildən qara qar arzulayaq, onsuz da problemlərimizin üstünə yenilərini gətirib qara olacaq...
CAVAD, “Ekspress-futbol” qəzeti

0
0