“İnter”in bəyənmədiyi futbolçu karyerasını bitirdi
13.02.2010 - 12:24
Peru milli komandasının futbolçusu Ernesto Arakaki karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçinin butslarını mismardan asmasına aldığı ciddi zədə səbəb olub.
Arakaki bu zədəni Bakının “İnter” klubunun düşərgəsində alıb. Unibank Premyer Liqasının ikinci yarısına hazırlaşan paytaxt təmsilçisi ötən ay Antalya toplanışında olarkən perulu müdafiəçini baxışa çağırmışdı. Sınağın artıq ikinci günündə diz nahiyəsində ciddi zədə alan Ernesto Kaxaber Sxadadzeyə lazım olmayaraq, vətəninə qayıtmışdı. Aldığı xəsarətin müalicəsinin 6 aydan az çəkməyəcəyini dərk edən müdafiəçi birdəfəlik yaşıl meydandan uzaqlaşmağa qərar verib.
Qeyd edək ki, Arakaki Peru yığmasında 3 oyun keçirib.

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0