Alıyev yubileydən, Hurtiç keçmişdən danışdı
13.02.2010 - 16:40
Alıyev yubileydən, Hurtiç keçmişdən danışdı
“Oyun çox çətin keçdi. Hava şəraiti hər iki komandaya yaxşı oyun göstərməyə mane oldu”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Turan”ın məşqçisi Sakit Alıyev deyib.

Unibank Premyer Liqasının XX turu çərçivəsində Salyanın "Muğan" komandasının məğlub edən qərb təmsilçisinin məşqçisi bildirib ki, ikinci hissədə azlıqda qalmalarına baxmayaraq, futbolçuları meydanın hər yerində mübarizə apardı və qələbə qazandılar: “Turan” Peşəkar Futbol Klubunun yaranmasının 18 illiyi, həmçinin bugünkü qələbə münasibəti ilə hamını təbrik edirəm".

"Muğan" klubunun baş məşqçisi Almir Hurtiç, isə bildirib ki, qarlı hava şəraitində oynamaq çox çətindir: “0:1 hesabı ilə məğlub olduğumuz bütün oyunlarda rəqibdən daha yaxşı oyun göstərmişik. Təəssüf ki, yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Bu gün də belə oldu”.