Bir futbolçudan iki rekord
15.02.2010 - 11:56
“Yuventus” klubunun futbolçusu Alessandro del Pyero birdən-birə iki rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu İtaliya çempionatının XXIV turunda “Cenoa” ilə matçda fərqlənib. O, rəsmi oyunlarda 300-cü qolunu vurub. Del Pyero bu qollardan 269-nu “Yuventus”un, 27-ni İtaliyanın əsas milli komandasının, 3-nü gənclər yığmasının, 1-ni isə sabiq klubu “Paduya”nın heyətində rəqib qapılarından keçirib.
Dünya şöhrətli futbolçu eyni zamanda “Yuventus”da keçirdiyi oyunların sayına görə də rekord vurub. İstedadlı hücumçu 445-ci dəfə turinlilərin formasını geyinərək, Campyero Bonipertinin göstəricisini üstələyib.

0
0