Romario Bebetonu qovdu
15.02.2010 - 12:20
Braziliya çempionatının aşağı dəstəsində çıxış edən “Amerika” klubunun baş məşqçisi Bebeto istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Braziliya yığmasının sabiq ulduzunu bir vaxtlar millidə onunla çiyin-çiyinə oynayan Romario vəzifəsindən azad edib. Buna hazırda klubun sahibi olan futbol əfsanəsinin digər əfsanənin işindən narazı qalması səbəb olub. Belə ki, “Amerika” ölkə çempionatının ilk 8 turunda 4 məğlubiyyət alıb.
Qeyd edək ki, Bebeto və Romario Braziliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu, 4 il sonra isə yalnız finalda uduzaraq gümüş mükafatçı olublar.
Qeyd edək ki, Bebeto və Romario Braziliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu, 4 il sonra isə yalnız finalda uduzaraq gümüş mükafatçı olublar.
0
0