Aleksandr Soliç: Bəziləri belə düşünə bilər ki...
15.02.2010 - 15:00
Aleksandr Soliç: Bəziləri belə düşünə bilər ki...
"Premyer Liqada 8 oyundur məğlub olmuruq. Bu uğurlu seriyanı davam etdirmək niyyətindəyik. Yevlaxda yalnız qələbə üçün oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Aleksandr Soliç deyib.

Unibank Premyer Liqasının ötən turunda evdə “Qəbələ” klubu üzərində qazandığı qələbə (2:0) sayəsində “altılığ”a düşməsini rəsmiləşdirən son ölkə çempionu iki gün sonra Yevlaxda “Karvan”ın qonağı olacaq. Xorvat yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında oyun öncəsi fikrilərində meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Bəziləri belə düşünə bilər ki, artıq "altılıq"da yerini təmin edən "Bakı" bu oyuna motivasiyasız çıxacaq. Ancaq belə deyil. Ən azı adımız və komandanın imici naminə var-gücümüzlə oynayacağıq. "Karvan" çətin rəqibdir. Amma biz öz oyunumuzu nümayiş etdirib, növbəti qələbəmizi qazanmaq arzusundayıq".

Qeyd edək ki, Soliç ötən yay “Bakı”ya transfer olunub.