Nihat azarkeşə hücum etdi
15.02.2010 - 15:51
Türkiyə milli komandasının və “Beşiktaş” klubunun futbolçusu Nihat Kahveçi ilə azarkeş arasında münaqişə baş verib.
Lent.az-ın “DHA”ya istinadən verdiyi məlumata görə, hadisə “Beşiktaş”ın “Qaziantepspor”a səfərdə 0:2 hesabı ilə uduzduğu Türkiyə Superliqası matçından sonra olub.
Futbolçular İstanbula qayıtdıqdan sonra Atatürk hava limanından çölə çıxarkən, onları gözləyən azarkeşlərdən biri “Yaramazsınız!” deyə söz atıb. Bu sözə çox qəzəblənən Nihat birdən-birə istiqamətini dəyişdirərək, həmin fanatın üzərinə cumub. O, “Kim yaramazdır, oğlan?” deyə bağırıb. Təcrübəli hücumçunu komanda yoldaşları çətinliklə sakitləşdirib.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0