Futbolumuzun fiaskosu: Bizim hücumçular ancaq başqasının qoluna sevinirlər
15.02.2010 - 16:17
Unibank Premyer Liqasının XX turu azərbaycanlı futbolçuların fiaskosu ilə yadda qaldı. Apasport.az saytının hesablamalarına görə, hesabat turunda rəqib qapıları məyus edənlər arasında yerli futbolçuya rast gəlinmədi. Keçirilən 6 oyunda qapılara 9 qol vuruldu ki, braziliyalı İsmael Fransisko dubl etdi (“Olimpik-Şüvəlan”), onun həmyerlisi Adriano ilə türkiyəli Gürşad Duymuş (hər ikisi “Bakı”), moldovalı Valeri Onila (“Turan”), rumın Adrian Neaqa (“Neftçi”), gürcü Georgi Navalovski, litvalı Robertas Poşkus (hər ikisi “İnter”) və ukraynalı Ruslan Qunçak (“Simurq”) hərəyə bir qol vurdular. Bu il biri avtoqol olmaqla, 33 qoldan yalnız səkkizi bizimkilərin payına düşür. Bunlardan yarısı qış fasiləsində “Karvan”a icarəyə verilən Xaqani Məmmədovun hesabına yazılıb. Qalan 4 qol “Qarabağ”lı – Emin İmaməliyev, Elnur Allahverdiyev, Əfran İsmayılov və “Qəbələ”nin kapitanı Kənan Kərimovun hesabına yazılıb. Bu il ilk iki turdan (11 və 13 qol) fərqli, ən az qol da son turda vurulub.
2009-cu ildə legionerlərdən ən çox qolu braziliyalılar vurub - 9. “Sambaçı”lar (İsmael Fransisko – 3, Jaba – 2, Markus Fereyra, Junior Osvaldo, Kristian Kabral, Adriano hərəyə 1 dəfə) bizimkilərdən çox fərqlənib. Argentina, Ukrayna, Türkiyə və Rumıniya futbolçularının hər iki qoluna müvafiq olaraq, Kristian Torres, Ruslan Qunçak, Gürşad Duymuş və Adrean Neaqa imza atıb. Fərqlənən gürcü futbolçular “İnter”lilər – David Odikadze ilə Georgi Navalovskidir. Rusiyalı Rəşid Həsənov (“Turan”), bolqar Petar Zlatinov (“İnter”), serb Draqan Perişiç (“Simurq”) hərəyə 1 qol vurub.
Cari çempionatda ən çox qol vuran futbolçumuz Fərid Quliyevdir. Berti Foqtsun milli komandamızın növbəti yoldaşlıq görüşlərinə çağırmaq istədiyi “Standard”ın 24 yaşlı hücumçusu rəqibləri 6 qolla məyus edib. Xaqani Məmmədov, Əfran İsmayılov, Elşən Məmmədov (“Simurq)”, Samir Musayev (“Turan”) və qış fasiləsində “Qarabağ”dan Hollandiyanın “Tvente” klubuna keçən hücumçu Vaqif Cavadovun hesabında 4 qol var. Kənan Kərimovla yanaşı, İsmayıl Məmmədov (“Karvan”), Bəxtiyar Soltanov (“Bakı”), Vüsal Hüseynov (“Muğan”) hərəyə 3 dəfə fərqlənib. Premyer Liqamızda cari mövsümün bombardiri isə 9 qol vuran Neaqadır.

0
0