AFFA İslandiya yığmasını Bakıya gətirir
26.02.2010 - 00:00
AFFA İslandiya yığmasını Bakıya gətirir
İslandiya milli komandası Bakıya gələcək. Bu barədə apasport.az saytının Əmman şəhərinə ezam olunan müxbiri ilə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Avro-2012-nin püşkatması zamanı İslandiya Futbol Federasiyasının prezidenti ilə görüşüb və bu barədə ilkin razılıq əldə olunub. Məmmədov bildirib ki, martın 12-də yenidən görüşəcəklər və Azərbaycan – İslandiya matçının keçirilmə tarixi həmin görüşdə dəqiqləşəcək.

Bundan əlavə baş katib bildirib ki, İordaniya ilə də Bakıda yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb. Bu oyunun gələn il baş tutacağı gözlənilir.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Azərbaycan yığması Reykyavikdə İslandiya ilə qarşılaşıb. Həmin oyunda yığmamız hesabı açsa da, islandiyalılar məğlubiyyətdən qaça bilmişdilər - 1:1.