Azərbaycanın İordaniyadakı səfiri: Bu oyun mənə ləzzət elədi
26.02.2010 - 02:56
“Çox gözəl qarşılaşma oldu. Oyun da, nəticə də bizə ləzzət elədi”. Bu sözləri apasport.az saytının Əmmana ezam olunan müxbiri ilə söhbətində Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı deyib.
“Kinq Abdulla” stadionunda milli komandamızın İordaniya ilə yoldaşlıq görüşünü izləyənlər arasında olan Araslı bildirib ki, oyunu bir neçə ölkənin səfiri də izləyirdi: “Konkret olaraq, Ukrayna, Qazaxıstan və Gürcüstan səfirləri bu günkü oyunu izlədi. Türkiyə səfirinin isə işi olduğundan gələ bilmədi. Buna görə məndən üzr istədi. Amma öz müşavirini oyuna göndərmişdi. Səfirliyimizin bütün işçiləri isə burada komandamıza dəstək verdi. Heyf ki hava pis oldu. Bununla belə, oyunçular əsl qəhrəmanlıq etdilər. Oyunda qələbə gözləyirdim”.

0
0