Rəşad Sadıqov: Düzünü desəm, mən onlardan bunu gözləmirdim
26.02.2010 - 02:45
“Bu İordaniyaya qarşı ikinci oyunumuz idi. Düşünürəm ki, əvvəlki ilə müqayisədə bu dəfə daha yaxşı oynadıq.” Bu sözləri apasport.az saytının Əmmana ezam olunan müxbiri ilə söhbətində Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
İordaniya ilə oyun barədə fikirlərini bildirən Sadıqov qeyd edib ki, heyətə cəlb olunan yeni futbolçular onu təəccübləndirib: “Nəzərə alaq ki, komandada gənc futbolçular var. Heyətə yeni futbolçular cəlb olunmuşdu. İlin ilk oyunu idi. Deyə bilərəm ki, yaxşı oynadıq. Əfran İsmayılovla Rauf Əliyevi də təbrik edirəm. İlk oyunları olsa da, özlərini yaxşı tərəfdən göstərdilər. Düzünü desəm, onlardan bunu gözləmirdim. Afərin onlara. Belə futbolçulara bizim çox ehtiyacımız var”.
Yığmamızın kapitanı 2004-cü ildəki İordaniya ilə indiki arasında müqayisə aparıb: “İordaniya yığması indi də güclü idi. O vaxtkı oyun iordaniyalıların üstünlüyü ilə keçmişdi. Biz bu rəqibin İranla oyunlarının DVD-sinə baxmışdıq. Səhv etmirəmsə, səfərdə 1:1 hesablı heç-heçə. Evdə isə 1:0 hesabı ilə qələbə qazanmışdılar. Bu gün də həmin heyətlə oynayırdılar. Fikrimcə, bu gün daha yaxşı oynadıq, çoxlu hücumlar təşkil etdik. Sərt mübarizə apardıq. Yəni, rəqibi oynamağa bezdirdik”.
Sadıqovun fikrincə, komandamız daha böyük hesablı qələbə qazana bilərdi: “Fikrimcə, biz daha çox qol vura bilərdik. Amma təəssüf ki, bundan istifadə edə bilmədik. Amma eybi yox”.
Qeyd edək ki. 2004-cü ildə keçirilmiş İordaniya – Azərbaycan matçında qalib müəyyənləşməmişdi – 1:1.

0
0