538 günlük həsrət bitəcəkmi?
02.03.2010 - 00:01
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, X seçmə qrupun yeganə qarşılaşması Azərbaycan milli komandasının iştirakı ilə baş tutacaq.
Almaniyalı mütəxəssis Bernard Lippertin başçılıq etdiyi yığmamız Şotlandiyada meydan sahibləri ilə görüşəcək. Ardıcıl 5 oyundur məğlub olan komandamız britaniyalılarla Bakıda da bacarmamışdı. Həmin matçda 0:4 hesabı ilə uduzan millimiz son 4 qitə çempionatının seçmə mərhələsini qələbəsiz başa vurub. Final mərhələsinə vəsiqə qazanmaq iddiasında olan Billi Starkın yetirmələri ilə görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüş 2004-cü ildə inşa olunan və 10 min tamaşaçı tutan Falkirk stadionunda baş tutacaq.
Qeyd edək ki, millimizin seçmə mərhələlərdə məğlub olmadığı sonuncu oyun 2008-ci il sentyabrın 10-na təsadüf edib. Futbolçularımız 538 gün əvvəl Albaniya ilə səfərdə qolsuz heç-heçə etmişdi.
2 mart
23:30. Şotlandiya – Azərbaycan
Falkirk. “Falkirk” stadionu

1 | Avstriya | 6 | 4 | 1 | 1 | 13-6 | 13 |
2 | Şotlandiya | 5 | 4 | 0 | 1 | 11-3 | 12 |
3 | Belarus | 5 | 4 | 0 | 1 | 11-7 | 12 |
4 | Albaniya | 7 | 1 | 1 | 5 | 9-17 | 4 |
5 | Azərbaycan | 5 | 0 | 0 | 5 | 3-14 | 0 |
0
0