“Lüksemburqa da qalib gələcəyimizə şübhə etmirəm”
02.03.2010 - 00:06
“Azərbaycan milli komandasının İordaniyaya yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gəldiyini internetdən oxudum. Bildiyim yalnız bu qədərdir. Əlbəttə, milli komanda Lüksemburqa da qalib gəlmək gücündədir. Mən buna əminəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç deyib.
Müqavilə ilə məxsus olduğu Belqradın “Srvena Zvezda” klubuna qayıdaraq, hazırlığını davam etdirən 28 yaşlı serb hücumçu martın 3-də Lüksemburq yığması ilə səfərdə keçirəcəyimiz yoldaşlıq görüşü ilə bağlı nikbindir. Subaşiç bunu komandalar arasında səviyyə fərqi ilə izah edir: “Lüksemburq güclü rəqib deyil. Milli komandamızda isə son vaxtlar inkişaf hiss olunur. Məsələyə obyektiv yanaşaq, son görüşlərdə olduğu kimi oynasaq, Lüksemburqa da qalib gələcəyimizə şübhə etmirəm. Yoldaşlıq görüşlərində olduğu kimi yaxşı oynasaq, seçmə mərhələdə də yaxşı nəticəyə ümid etmək olar. Neçə xal yığacağımızı deyə bilmərəm, ancaq tərəqqi göz qabağındadır. Bu, artıq reallıqdır”.

0
0