Yığmamızın futbolçusu: Mən xəyanətkar deyiləm! - FOTO
01.03.2010 - 19:37
“Azərbaycan yığmasından həmişəlik imtina etməmişəm ki. Ölkənin bir nömrəli komandasında oynamaq böyük şərəfdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç deyib.
Müqavilə ilə “Srvena Zvezda” klubuna məxsus olan 28 yaşlı serb hücumçunu indi yığma yox, klub karyerası daha çox maraqlandırır. Özünə yeni klub axtaran Branimir milli komandamızın heyətində ötən ilin iyunun 9-da İspaniya ilə Bakıda böyük hesabla uduzduğumuz (0:6) yoldaşlıq görüşündə iştirak edib. Keçən yay milli komandamızda oynamaqdan imtina edən Subaşiç baş məşqçi Berti Foqtsdan daha dəvət almır. Foqtsun milli komandamızda növbəti seçmə mərhələnin sonuna kimi qalacağını və Branimirin onun rəhbərliyi altında oynamaq istəmədiyini nəzərə alsaq, qayıdış ən azı yaxın gələcəkdə real deyil. Maraqlıdır, bəs milliləşən legioner bu haqda düşünür?
“Həmin vaxt milli komandaya kömək edə bilməyəcəyimi hiss edirdim. Əgər Azərbaycan yığmasında oynamağa qərar vermişəmsə, deməli, bu qəti fikrimdir. Bu, düşünülmüş bir addım idim. Başa düşürdüm ki, Serbiya yığmasında, anadan olduğum ölkəmin milli komandasında oynamayacağam. Vaxtilə Azərbaycanın xeyrinə seçim etdiyimə görə peşman deyiləm. Ancaq təəssüf ki, yığmaya gəlməməyimi müxtəlif cür yozdular. Bəzilər məndən incidi, bəziləri şərhlərində məni xəyanətkar kimi qələmə verdilər. Amma mən xəyanətkar deyiləm. Həmin vaxt haqlı olub-olmadığımı deyə bilmərəm. Sadəcə, onda özümü bir futbolçu kimi yaxşı hiss etmirdim” – deyə Subaşiç bildirib.
Qeyd edək ki, 2007-ci ilin əvvəlində Şahin Diniyevin baş məşqi olduğu milli komandamızda debüt edən Subaşiç elə ilk oyundaca - Özbəkistan yığması ilə yoldaşlıq görüşündə (1:0) qol vurub.

0
0