Lüksemburqda milli komandamızla eyni oteldə kim qalır?
01.03.2010 - 20:24
Futbol üzrə Azərbaycan milli komandası Lüksemburqla yoldaşlıq matçı keçirmək üçün bu gün adıçəkilən ölkəyə təşrif buyurub. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, dünən gecə İordaniyadan yola düşən Berti Foqtsun yetirmələri uzun yolçuluqdan sonra mənzil başına yetişiblər. Yığmamız paytaxt Lüksemburqun “Novotel Lüksemburq Kirxberq” otelində məskunlaşıb.
Milli komandamızla eyni oteldə Bosniya və Herseqovinanın 21 yaşlılardan ibarət yığması da qalır. Bosniyalılar sabah Avropa çempionatının seçmə qrup mərhələsində yerli komandanı sınağa çəkəcəklər.
Bizim futbolçulara gəlincə, onlar bu gün Bakı vaxtı ilə saat 20:00-da Lüksemburqda ilk məşqə çıxıblar. Sabah oyunqabağı yenə məşq keçiriləcək. Martın 3-də isə Bakı vaxtı ilə saat 23:00-da lüksemburqlularla görüş baş tutacaq.

0
0