Vaqif Cavadov: Bu, çox üzücü haldır
02.03.2010 - 02:55
Azərbaycan milli komandasının və Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadovun apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Yığmanın düşərgəsinə qoşulsanız da, zədə ucbatından Lüksemburqla matçda forma geyinə bilməyəcəksiniz. Hansı hisləri keçirirsiniz?
- Bu, mənim üçün çox üzücü haldır. Futbolda nə vaxt zədə alacağını bilmirsən. Hər halda, komandanın yanındayam. İnşallah, yəqin ki, növbəti matçlarda çıxış edəcəyəm.
- İordaniya ilə oyunda hesabın daha böyük ola biləcəyi barədə fikirlər səslənirdi. Sizcə, həmin qarşılaşmada yığmamız necə təsir bağışladı?
- Yaxşı oynadıq. Xüsusilə birinci hissədə futbolçularımız xoş təsir bağışladılar. İkinci hissədə isə yağış və külək bizə maneçilik törətdi. Üzü küləyə qarşı oynadığımızdan, çətin oldu. Qol vəziyyətlərimiz çox idi. Rəqib qapısından ikidən artıq top keçirə bilərdik. Yəni, “hesab daha böyük ola bilərdi” deməyə ixtiyarımız var.
- Lüksemburqla yoldaşlıq görüşünün əhəmiyyəti nədən ibarətdir: sırf oyun göstərmək, yoxsa...?
- İordaniya və Lüksemburq komandaları arasında böyük fərq yoxdur. Bu yoldaşlıq matçlarının təşkilində əsas məqsəd oyun üslubunu daha da yaxşılaşdırmaq və yeni oyunçuları sınaqdan keçirməkdir.
- Müalicəniz necə gedir? Azarkeşlər sizin “Tvente”nin əsas heyətində debütünüzü nə vaxt görə biləcəklər?
- Müalicə yaxşı gedir. Hazırda trenajor zalında məşq edirəm. Yəqin ki, 3-4 gündən sonra ot örtüyündə fərdi məşqlərə başlayacağam. Bəlkə 1 həftəyə də “Tvente”nin heyətində komanda məşqlərinə qoşulacağam. Debütümü tez gözləyirdim, zədələndim. Ona görə də bu dəfə tələsməyəcəyəm.
- Çoxları sizin “Tvente” ilə müqavilə bağlayacağınıza inanmırdılar. Hollandiyada çempionluğa iddialı klublardan biri ilə razılaşma əldə etdikdən sonra Vaqif Cavadovun həyatında nə dəyişib?
- Vaqif Cavadov həyatda necə idisə, elə qaldı. Oyun baxımından isə məncə, artım olacaq. O ki qaldı mənim transferimə, həqiqətən də buna inanmırdılar. Ancaq keçidimin reallaşması sevinənlər və sevinməyənlər üçün yaxşı oldu.
- Bu məsələdə mənəvi amil də var. Artıq milli komandaya “Qarabağ”ın yox, “Tvente”nin üzvü kimi gəlirsiniz. Yığmada komanda yoldaşlarınızın sizə münasibəti dəyişdimi?
- Dəyişməz. Hər şey qaydasındadır. Hansı klubda oynamaq önəmli deyil. Əsas odur ki, bütün uşaqlarla münasibətlərim yaxşıdır.
- Enshede şəhərinə, holland dilinə və Hollandiya mətbəxinə öyrəşə bilmisiniz?
- Şəhərə yavaş-yavaş uyğunlaşırıq. İlk 2-3 gündə çətin idi, sonradan hər şey yaxşı oldu. Həm də bu məsələlərlə mənə köməkçi ayrılıb. Valideynlərim yanımda olduğundan, yalnız milli təamlar yeyirəm. Komanda ilə birgə olduqda isə bir şey tapıb yemək olur. Yaxın zamanlarda ingilis dili kurslarına gedəcəyəm.
- Berti Foqtsun evi Enshede şəhərindən 1 saat aralıdır. O, sizinlə maraqlanırmı, gəlib oyununuza baxmaq istəyi varmı?
- Bəli, o, mənimlə maraqlanır. Müalicə prosesinin gedişi barədə soruşub. Ümid edirəm ki, Foqts yığmanın üzvü olduğumu nəzərə alıb, oyunlarımı stadiondan izləyəcək. Çünki onun kimi məşqçiyə tribunada həmişə yer tapılar.

0
0