“Qalatasaray”da yerdəyişmə: Arda gedir, Ronaldinyo gəlir?
02.03.2010 - 10:07
“Qalatasaray” prezidenti Adnan Polat Ronaldinyonun transferi üçün hərəkətə keçib. Lent.az-ın “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İtaliyanın “Milan” klubunda oynayan braziliyalı ulduz futbolçunun transferi üçün “Qalatasaray”ın futbol şöbəsinin müdiri Haldun Üstünel fevralın 13-də “Milan” klubunun rəhbərliyi ilə görüşüb.
“Milan” klubunun vitse-prezidenti Adriano Galliani və klubun idman direktoru Ariedo Braida ilə bir araya gələn Haldun Üstünel Ronaldinyonun transferi şərtləri ilə bağlı müzakirə aparıb. “Milan” rəhbərliyi Ronaldinyonun qarşılığında Elano və 5 milyon dollar pul, o cümlədən “Qalatasaray”ın kapitanı Ardanı da istəyib.
Əgər tərəflər qarşılıqlı razılaşma elan edərsə, Adnan Polat martın 20-də Ronaldinyonun “Qalatasaray”a transferi məsələsinin bitdiyini elan edəcək. Qeyd edək ki, martın 27-də “Qalatasaray” klubunda prezident postuna növbəti seçkilər olacaq. Adnan Polat seçkiöncəsi tərəfdara super hədiyyə etmək istəyir.

0
0