“Onsuz da məndən futbolçu çıxmayacaq”
02.03.2010 - 10:57
Azərbaycan milli komandasının sabah Lüksemburqa qarşı keçiriləcək yoldaşlıq oyununu idarə edən hakimin iç üzü açılıb. Apasport.az saytının araşdırmalarına görə, finlandiyalı hakim Kari Petterinin kimliyi müəyyənləşib.
39 yaşlı ədalət təmsilçisi ötən əsrin 90-cı illərinin əvvəllərindən fit çalmağa başlayıb. Buna onun bir həqiqəti dərk etməsi səbəb olub. Futbolçu olmaq istəyən Kari bir gün başa düşüb ki, özünə başqa sənət tapsa yaxşıdır: “Onsuz da məndən futbolçu çıxmayacaq”.
Karyerası ərzində 200-ə yaxın oyun idarə edən Petteri artıq 11 ildir FİFA hakimi adını daşıyır. Bu müddətdə 50-yə yaxın qarşılaşma idarə edən fin UEFA-nın üçüncü kateqoriyasından yuxarı yüksələ bilməyib. Bu səbəbdən aşağı səviyyəli matçlara təyinat alıb. Lakin Karinin karyerasında unudulmaz oyunu da var. O, Peter Şmeyxelin vida oyununu unuda bilmir. Həmin görüşdə böyük ulduzları görən referinin əsl sənəti də var. Petteri Zabitlər Akademiyasında müəllim işləyir və hərbçilərin hazırlanmasına xidmət edir.
Qeyd edək ki, sabah “Joze Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0
0