Fatih Terim azərbaycanlı məşqçinin xələfi ola bilər
13.03.2010 - 12:07
Fatih Terim azərbaycanlı məşqçinin xələfi ola bilər
Türkiyəli mütəxəssis Fatih Terim məşqçilik fəaliyyətini Arazın o tayında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “İmperator” ləqəbli 57 yaşlı çalışdırıcıya İran milli komandasının baş məşqçi postu təklif olunub.

Hazırda bu postu tutan Afşin Kutbinin dəyişdirilməsi ilə bağlı təzyiqləri görən İran Futbol Federasiyası türk mütəxəssislə işbirliyində maraqlıdır. Qurumun vitse-prezidenti Mehdi Tac danışıqlar apardığı məşqçilər arasında Terimin də olduğunu bildirib.

Qeyd edək ki, Terim Avro-2008-də bürünc medal qazandırdığı Türkiyə yığmasından baş məşqçi postundan ötən seçmə mərhələnin sonunda istefa verdi. O, İran yığmasının sükanı arxasına keçərsə, soydaşımız Əli Daeinin xələflərindən olacaq. Əslən, Cənubi Azərbaycandan olan 41 yaşlı Daei ötən il İran yığmasının baş məşqçi postunu tərk edib.
0