Dünya futbolunda görünməmiş hadisə!
13.03.2010 - 12:20
Dünya futbolunda görünməmiş hadisə!
İtaliya A seriyasında dünya futbolunda görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “İnter”in qanalı legioneri Salli Muntari hesabat turunda “Kataniya” ilə səfər oyununda ayağına top dəyməmiş meydandan qovulub.

Muntari 81-ci dəqiqədə meydana daxil olub və 1 dəqiqə sonra qırmızı vərəqə alıb. Əvvəlcə meydanın mərkəzində rəqibə qarşı kobudluq edən Salli ilk sarı vərəqəsini alır. Az sonra isə qanalı qapılarına təyin edilən cərimə zərbəsi yerinə yetirilən zamanı əllə oynayır. Nəticədə ikinci sarı, ardından qırmızı vərəqəni alan Muntarinin meydana girməsi ilə çıxması bir olur.

Qeyd edək ki, İnter”in baş məşqçisi Joze Maurinyo “Kataniya” ilə görüşdə cəzalı olduğu üçün texniki zonadan kənarda qalmışdı.
0