Berti Foqts uşaq axtarır
16.03.2010 - 12:27
Berti Foqts uşaq axtarır
AFFA istedadlı uşaqların üzə çıxarılması üçün aparılan seleksiya prosesini davam etdirir. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, martın 25-də və 26-da, saat 9:00-dan 13:00-dək Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində aparılacaq seçimlərə 1998-1999 və 1996-1997-ci il təvəllüdlü uşaqlar qatılacaq.

“Neftçi”nin keçmiş bazası kimi tanınan məkanda baş tutacaq seçim prosesində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, Texniki direktor Bernard Lippert, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Oliver Pelzer iştirak edəcək. Seleksiya prosesində iştirak etmək istəyən uşaqlar doğum haqqında şəhadətnamə və sağlamlıq haqqında arayışı AFFA-nın Texniki Departamentinə təqdim etməlidirlər. 1998-1999-cu il təvəllüdlü uşaqlar üçün sənədlərin təqdim olunmasının son tarixi 23 mart, 1996-1997-ci il təvəllüdlü uşaqlar üçün isə martın 24-dür.
0