Hiddink Türkiyə yığması ilə rəsmi müqavilə imzaladı!
16.03.2010 - 12:33
Hiddink Türkiyə yığması ilə rəsmi müqavilə imzaladı!
Hollandiyalı mütəxəssis Qus Hiddink Türkiyə Futbol Federasiyası (TFF) ilə rəsmi müqavilə imzalayıb. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, anlaşma 2010-cu il avqustun 1-dən qüvvəyə minəcək.

Hiddink “ay-ulduzlular”a 2012-ci ilin avqustunadək rəhbərlik edəcək. TFF rəsmiləri 64 yaşlı mütəxəssisin yığmaya Polşa və Ukraynada keçiriləcək Avropa çempionatında uğurlu çıxış üçün kömək edəcəyini gözləyirlər. Təcrübəli baş məşqçi “ay-ulduzlular”a öz oyun dəst-xəttini aşılayacağına söz verib.

Qeyd edək ki, Türkiyə yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla birgə A qrupunda yer alıb.
0