Samuel Eto’o Türkiyədə!
16.03.2010 - 14:45
Samuel Eto’o Türkiyədə!
Məşhur kamerunlu futbolçu, “İnter”in hücumçusu Samuel Eto’O Türkiyəyə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı oyunçu Superliqanın son turunda keçirilmiş “Qalatasaray” - “Ankaragücü” matçından öncə İstanbula təşrif buyurub. O, “Ankaragücü”nün prezidenti Əhmət Gökçeklə görüşüb.

Digər kamerunlular - veteran futbolçu Kana Bıyık, “Trabzonspor”lu Riqobert Sonq və “Ankaragücü”nün oyunçusu Ncitap Jeremi də görüşə qatılıb. Onlar bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. Həmçinin, Eto’onun “Ankaragücü”yə transferi müzakirə olunub.

Klub prezidenti Gökçek bu istəyini bildirsə də, məşhur futbolçunun transferinin ilk növbədə maddi baxımdan baş tutmayacağı gözlənilir. “İnter”dən ildə 6 milyon avro alan hücumçunun transfer məbləği 40 milyon avrodur.
0