“Neftçi” “Partizan”a rəqib oldu
16.03.2010 - 15:44
“Neftçi” “Partizan”a rəqib oldu
Bakının “Neftçi” klubu İtaliyada beynəlxalq turnirə dəvət alıb. Komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın 1993/94 təvəllüdlülərdən ibarət komandası mayın 25-dən 30-dək “Ciorciaria World Cup-4” turnirində çıxış edəcək.

Yarışda dünyanın müxtəlif ölkələrinin 16 klubu, mübarizə aparır ki, bunlardan 8 yerli komandadır. İtaliya turnirdə "Roma", "Milan", "Fiorentina", "Kyevo", "Bari", "Napoli", "Kalyari" kimi tanınmış klublarla təmsil olunacaq. Bundan əlavə, turnirdə "Bastiya" (Fransa), "Hayduk" (Xorvatiya), "Kristal Palas" (İngiltərə), "Benfika" (Portuqaliya), "Nyu-York Stars" (ABŞ) klubları da İtaliyada mübarizə aparacaq.

Artıq "Neftçi"nin qrupdakı rəqibləri də məlumdur. Belə ki, D qrupunda yer alan komandamız 1-ci yer uğrunda İtaliyanın "Bari", "Arpino" və Serbiyanın "Partizan" klubları ilə mübarizə aparacaq.
0