“Ştutqart”la oyundan əvvəl Messiyə 100 min avro veriləcək
17.03.2010 - 15:47
Argentina milli komandasının futbolçusu Lionel Messi bu gün 100 min avro alacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ştutqart”la cavab görüşündən əvvəl “Barselona”nın ulduzuna çek təqdim olunacaq. Lionel UEFA-nın rəsmi internet saytının keçirdiyi sorğuya əsasən Avropanın ən yaxşı hücumçusu seçildiyi üçün pul mükafatına layiq görülüb. Lakin Messi bu məbləği özünə götürmək fikrində deyil. Argentinalı 100 min avronu xeyriyyəçiliyə sərf edəcək. Messi də son iki ilin qalibi kimi qazandığı pulu UEFA-nın tərəfdaşlarından olan “Qırmızı Xaç”ın hesabına köçürəcək.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0