Rauldan daha bir rekord
18.03.2010 - 00:29
İspaniya çempionatının 26-cı turunda “Valyadolid”lə qarşılaşmanın (4:1) 74-cü dəqiqəsində oyundaşı Qonzalo İquaini əvəz edən “Real”ın hücumçusu Raul Qonzales həm də Primeroda 544-cü matçına çıxmış oldu. Apasport.az saytının xəbərinə görə, Raul bununla da “Valyadolid”, “Atletiko”, “Barselona” və “Selta”nın keçmiş yarımmüdafiəçisi, hazırda “Selta”nı çalışdıran Eusebio Sakristanı (543 oyun) qabaqlamış oldu. İndi Raul bu göstəriciyə görə Primeroda 622 oyun keçirmiş “Barselona”, “Alaves”, “Atletik” və “Valensiya”nın keçmiş qapıçısı Andoni Subisarettadan geri qalır.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0