Zidan “Arsenal”da?
18.03.2010 - 01:31
Braziliyalı hücumçu Eduardo da Silvanın tez-tez zədələnməsindən narahat olan “Arsenal” rəhbərliyi onun mövqeyinə Dortmund “Borussiya”sının misirli hücumçusu Mohammed Zidanı almaq niyyətindədir. Apasport.az saytının xəbərinə görə, hazırkı klubu ilə 2012-ci ilə qədər müqaviləsi olan 28 yaşlı futbolçu özü də karyerasını İngiltərədə davam etdirməyin əleyhinə deyil. Əvvəllər “Midtyulland”, “Verder”, “Maynts” və “Hamburq” kimi klublarda çıxış etmiş Zidan 2008-ci ildən “Borussiya”da oynayır. Misir yığmasının da formasını geyinən adıçəkilən futbolçu cari mövsüm Bundesliqada 22 oyunda 6 qol vurub.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0