Çempionlar Liqasının bütün 1/4 finalçıları
18.03.2010 - 10:25
Çempionlar Liqasının bütün 1/4 finalçıları
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirin son qalibi İspaniyanın “Barselona” klubu bu mərhələyə darmadağınla yüksəlib. Xosep Qvardiolanın yetirmələri səfərdə məğlub edə bilmədikləri “Ştutqart”ı evdə böyük hesabla yeniblər. Son vaxtlar əla formada olan Messi yenə gözəl qollara imza atıb. İspaniya Primerosunun son turunda “Valensiya” ilə görüşdə het-trik etmiş 23 yaşlı argentinalı hücumçu bu dəfə 2 qol vurub. Beləliklə, ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Messi “Nou Kamp” stadionunda 3 günə 5 dəfə fərqlənib.

Fransanın “Bordo” klubu cavab görüşündə də minimal fərqli qələbə qazanıb. Yunanıstan “Olimpiakos”u tarixində ilk dəfə ÇL-in 1/4 finalına çıxmaq şansını əldən buraxıb.

Qeyd edək ki, 1/4 finalda “Barselona” və “Bordo” ilə yanaşı, İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, İtaliyanın ”İnter”, Almaniyanın “Bavariya”, Fransanın “Lion” və Rusiyanın MOİK komandaları iştirak edəcəklər. Sabah UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Klublar reytinqlərinə görə səbətlərə bölünmədiyindən, “kor püşk” eyni ölkələrin, bir qrupda mübarizə aparmış komandaları üzləşdirə bilər.

Çempionlar Liqası, 1/4 final mərhələsi
Cavab görüşləri


17 mart
“Barselona” – “Ştutqart” – 4:0

Messi, 13, 60, Pedro, 22, Krkiç, 89
İlk oyun – 1:1

“Bordo” – “Olimpiakos” – 2:1
Qurkyuff, 5, Şamah, 89 – Mitrioğlu, 65
İlk oyun – 1:0
0