Mahir Şükürovun komandasına cəza
18.03.2010 - 10:54
Rusiya Futbol İttifaqı azərbaycanlı futbolçu Mahir Şükürovun şərəfini qoruduğu Mahaçqalanın “Anji” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qurumun Nizam-İntizam Komitəsi debütantın Premyer Liqanın ilk turunda Nalçikin “Spartak” klubu ilə ev oyununda (0:0) baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib.
Nəticədə “Anji”yə ümumilikdə 30 min rubl (təxminən 825 manat) cərimə kəsilib. Bu məbləğin 20 mini yerli azarkeşlərin hakimin ünvanına nalayiq sözlər işlətməsinə, qalan 10 min rubl cərimə isə meydan sahiblərinin reqlamentin tələblərinin lazımı dərəcədə yerinə yetirilməməsinə görədir.
Xatırladaq ki, milli komandamızın müdafiəçisi Mahir Şükürov həmin görüşdə Rusiya çempionatında debüt edib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0