3 hakim həbs olundu
18.03.2010 - 12:11
Çində üç futbol hakimi həbs olunub. Apasport.az saytının məlumatına görə, ölkə polisi danışılmış oyunların təşkilində ittiham olunan Lu Tsyun, Xuan Tszyuntsze və Çjou Veysini saxlayıb.
Bunlardan Tsyun DÇ-2002-də işləmiş hakimdir. Digər iki hakimdən Veysin 6 il öncə karyerasını başa vurub. FİFA hakimi olan Tszunyntsze ötən mövsüm milli komandamızın sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi Çin Superliqasında ən yaxşı referi adını almağa namizəd olub.
Qeyd edək ki, Çində danışılmış oyunlarla bağlı xeyli adam həbs olunub. Bu ayın 27-də startı veriləcək yüksək liqada yeni mövsüm hakimlər korpusu 20 faiz dəyişilib.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0