Ştork, Azərbaycanla oyunadək qovulmaq istəmirsənsə...
18.03.2010 - 18:05
Qazaxıstan milli komandası Avro-2012-də Azərbaycanla rəsmi oyuna yeni baş məşqçinin rəhbərliyi altında çıxa bilər. Apasport.az saytının məlumatına görə, qazaxlar hazırkı baş məşqçiləri Bernd Ştorkunun milli komandamızla görüşə qədər istefaya göndərməyin mümkünlüyünü bildirib.
Məlum olduğu kimi, Qazaxıstan Futbol Federasiyası (QFF) alman mütəxəssisin qarşısında 3 xal yığmağı bəyan etmişdi. Ancaq sonradan bunu dəqiqləşdirən futbol qurumu həmin nəticəni bu il üçün nəzərdə tutub. Hər halda, QFF-nin baş katibi Sayan Xamitcanovun sözlərinə görə, Ştork Azərbaycanla oyuna qədər ən azı 3 xal yığmalıdır. “Federasiya Bernd Ştorkun rəhbərlik etdiyi məşqçilər korpusunun qarşısında 2010-cu ildə minimum 3 xal yığmağı qoyub. Bildiyiniz kimi, Ştorkla müqavilə bir illik imzalanıb. Onun qarşısına belə vəzifə qoyulub. Bunu yerinə yetirsə, baş məşqçi ilə müqaviləni daha bir illiyə uzatmaq məsələsini nəzərdən keçirəcəyik. Əks təqdirdə, onunla vidalaşmağa məcbur olacağıq”.
Qeyd edək k, qazaxlar milli komandamızla hər iki oyunu gələn il keçirəcək. Yığmamız iyunun 3-də səfərdə, sentyabrın 6-da evdə oynayacaq.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0