Mahir Şükürovun klubunda daha bir istefa
19.03.2010 - 10:36
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubunda məşqçi istefaları davam edir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Omari Tetradzenin ardınca köməkçisi Artur Paqayev də istefa verib. Düzdür, onun istefa ərizəsini rəhbərlik hələ imzalamayıb. Tetradze və Paqayev Vladiqafqazın “Alaniya” klubunda bir yerdə oynayıb. Veteran futbolçumuz Nazim Süleymanov da onlarla komanda yoldaşı olub və 1995-ci ildə Rusiya çempionluğunu qazanıblar.
“Anji”ni Rusiya Premyer Liqasının II turu çərçivəsində “Amkar”la səfər oyununa isə məşqçi Arsen Akayev hazırlaşdırır. 39 yaşlı çalışdırıcı komandanı sabahkı matça çıxaracaq. Mahir və komanda yoldaşları bu gün səhər Permə çarter reysi ilə yollanıblar. Baş məşqçi postuna əsas namizəd Hacı Hacıyev isə “Anji”də işə başlamağa tələsmir. Hazırda ölkə xaricində olan dağıstanlı mütəxəssis yaxınlarda vətənə klub rəhbərliyi ilə danışıqlara gələcəyi bildirib.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0