Etiraz: Sadıq Sadıqov yaxın dostum olmasaydı, elə indicə deyərdim ki...
19.03.2010 - 10:53
Etiraz: Sadıq Sadıqov yaxın dostum olmasaydı, elə indicə deyərdim ki...
“Neftçi”nin İsmət Qayıbov adına stadionda oynayacağını qəzetdən oxudum. Tahir Süleymanov deyib ki, Tofiq Bəhramov adına stadionunun qazonunun vəziyyəti yaxşı deyil. Əgər yaxşı deyildisə, niyə bundan öncə zəng vurub xahiş edirdin ki, gəlib məşq edək. Mən onların stadiondan gedişinin əleyhinə deyiləm. Amma getməyi də bacarmaq lazımdır. Sən heç kimə demədən niyə belə etmisən? Bu stadion dövlətindir. Mən “Neftçi”yə görə, Qurban Qurbanova yox dedim". Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Martın 21-də Unibank Premyer Liqasının XXIV turu çərçivəsində “Neftçi” “Bakı”nı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionda qəbul edəcək. İsmayılov flaqmanın mərkəzi arenadan köçməsini pisləyib: “Mən stadion məsələsini Sadıq Sadıqovla yox, Tahir Süleymanov və keçmiş prezident Əkbər Hacıyevlə etmişdim. Sadıq Sadıqov mənim yaxın dostumdur. Gəlib durub gözümün qabağında. Yoxsa elə indicə deyərdim ki, “Neftçi” bir daha ev oyununu burada keçirməyəcək”.

Qeyd edək ki, “Neftçi” Vaqif Sadıqovun baş məşqçiliyi dövründə, ötən ilin sentyabrından bu ilin fevralınadək ev oyunlarını mərkəzi arenada keçirib.
0