“Azərbaycanda legionerlər pul almaq üçün günlərini sayırlar”
19.03.2010 - 11:31
Azərbaycan yığmasının və “Neftçi”nin sabiq qapıçısı Hüseyn Məhəmmədov narazıdır. Apasport.az saytının məlumatına görə, birinci divizion təmsilçisi “Bakılı”da forma geyinən Məhəmmədov legioner çoxluğuna etiraz edir. O, hesab edir ki, klublarda yerli qapıçılar oynamalıdır: “Yerli qapıçıların oynaması vacibdir. Gənc futbolçularımızda həvəs var. Onlara oynamaq üçün şərait yaratmaq lazımdır. Legioner çoxluğu bizim əleyhimizədir. Onlar maaş alacaqları günü sayırlar. Yerli uşaqlar isə ilk növbədə komandanın mənafeyini düşünürlər”.
Xatırladaq ki, Hüseyn Məhəmmədov ölkənin ən iddialı klublarında - “Turan”da, “Şəmkir”də, “Kəpəz”də, “Neftçi”də çıxış edib.
Xatırladaq ki, Hüseyn Məhəmmədov ölkənin ən iddialı klublarında - “Turan”da, “Şəmkir”də, “Kəpəz”də, “Neftçi”də çıxış edib.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0