Şərikli liderlərin görüşü, yaxud “İnter”lə “Xəzər-Lənkəran”ın çempionluq savaşı
19.03.2010 - 12:50
Şərikli liderlərin görüşü, yaxud “İnter”lə “Xəzər-Lənkəran”ın çempionluq savaşı
Sabah Unibank Premyer Liqasında XXIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə ikinci, ertəsi ilk “altılığ”ın görüşləri keçiriləcək. 7-12-ci yerlər uğrunda mübarizədə “Turan”la “Simurq” rəqiblərindən əvəz çıxmağa çalışacaq. Məsələ ondadır ki, onları ölkə kubokunda mübarizədən sabahkı rəqibləri - müvafiq olaraq “Standard”la “Olimpik-Şüvəlan” çıxarıb. Altı illik tarixində ən zəif mövsümünü keçirən “Karvan” növbəti ev oyununda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə, son pillənin sahibi Premyer Liqada qalmaq işini bir qədər də çətinləşdirəcək.

Sözsüz ki, turun mərkəzi oyunu “Şəfa” stadionunda keçiriləcək. Turnir cədvəlində şərikli liderlər olan “İnter” və “Xəzər-Lənkəran”la münasibətlərini həmin arenada ayırd edəcək. Çempionluğa əsas favorit sayılan bu komandaların görüşündə qalib gələn qızıl medallara doğru böyük addım atmış olacaq. “İnter”i təkcə evdə oynaması yox, turnir cədvəlində vəziyyəti də qələbə qazanmağa daha çox sövq edir. Axı “bankirlər” şəxsi oyunlarda (0:1 və 1:1) “Xəzər-Lənkəran”dan geridə olduğu üçün ilk pilləni ona təhvil verməli olub. Bu mənada cənub klubu üzərində qələbə qazanmaq çox vacibdir. “İnter” yenə buna nail olmasa, çempionluq marafonunda geriləyəcək. Hər halda, lənkəranlılar çox yaxşı oynadıqları öz meydanında ardıcıl üç qələbə qazanıb və bakılılara orada 3 xal əldə etmək çox çətin olacaq. Ölkə kubokunun finalında da görüşməsi real sayılan “İnter”lə “Xəzər-Lənkəran” mövsümü “qızıl dubl”la başa vurmaq iddiasındadır.

Turun yeganə Bakı derbisi bu dəfə Tofiq Bəhramov adına Respublika yox, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. “Neftçi” 4 aylıq fasilədən sonra bu arenaya qayıtmağı məqsədəuyğun sayıb. Son vaxtlar inamlı təsir bağışlayan “Bakı” qələbə seriyasını heç də yaxşı günlərini yaşamayan həmşəhərliləri ilə görüşdə davam etdirməlidir.

Rəqibindən fərqli olaraq, ölkə kubokunda mübarizədə dayandıran “Neftçi” üçün avrokuboklara çıxmağın yeganə yolu məhz çempionatda yüksək yer tutmaqdır. Son üç oyunda “İnter”ə qalib gələ bilməyən “ağ-qaralar” “Bakı”dan şəxsi oyunda (2:0 və 1:1) üstün olması ilə öyünə bilər. Məhz bunu nəzərə alsaq, “Neftçi” “altılıq”da ilk qələbə sayəsində xallarını bərabərləşdirəcəyi son çempionu turnir cədvəlində qabaqlayacaq.

“Neftçi” kimi, son vaxtlar uğursuzluq zolağına düşən “Qarabağ” da növbəti çətin səfərə yollanır. Hər halda, “Qəbələ” “altılığ”ın autsayderi olsa belə, ağdamlılar üçün arzuolunmaz rəqibdir. Təsadüfi deyil ki, “Qarabağ” bu komandanı cari mövsümdə yenə bilməyib (0:0 və 1:1). Hər iki komanda ölkə kubokundan kənarlaşdığından, Avropa arenasına çıxmaq üçün çempionatda uğurlu çıxış etməlidir.

Qeyd edək ki, turun mərkəzi oyununu bir müddətlik fasilədən sonra təyinat alan FİFA referisi Fariz Yusifov idarə edəcək. Azərbaycan kuboku uğrunda ¼ finalda “Xəzər-Lənkəran” - “Qarabağ” oyununda idarəçiliyi narazılıqla qarşılanan Vüsal Əliyev, habelə digər FİFA hakimimiz Anar Salmanov bu dəfə kənarda qalıb.

20 mart

15:00. “Karvan” - “Muğan”

Hakimlər: Elnur Muradov, Eldar Nağıbəyov, Vaqif Ayvazov, Feyzulla Feyzullayev
Yevlax. Şəhər stadionu

15:00. “Standard” - “Turan”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Elşən Durmuşov, Səbayel Qurbanova
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

15:00. “Simurq” - “Olimpik-Şüvəlan”
Hakimlər: Elçin Məmmədov, Elşən Acalov, Aleksandr Musatkin, Əmrah İbrahimov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

21 mart

15:00. “Qəbələ” - “Qarabağ”

Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Hacıəli Ağayev
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası

15:00. “Neftçi” - “Bakı”
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

16:00. “İnter” - “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Zöhrab Əliyev
Bakı. “Şəfa” stadionu

komandalar

o

q

h

m

t

x

1

"Xəzər-Lənkəran"

11

4

6

1

12-5

18

2

"İnter"

11

5

3

3

12-11

18

3

"Bakı"

11

4

3

4

10-9

15

4

"Qarabağ"

11

3

6

2

6-6

15

5

"Neftçi"

11

2

6

3

7-7

12

6

"Qəbələ"

11

1

4

6

7-16

7

7

"Simurq"

11

6

4

1

16-7

22

8

"Olimpik-Şüvəlan"

11

5

3

3

15-12

18

9

"Turan"

11

4

4

3

16-13

16

10

"Muğan"

11

3

4

4

7-8

13

11

"Standard"

11

3

3

5

9-14

12

12

"Karvan"

11

1

4

6

9-18

7


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 10
0