“Xəzər-Lənkəran” azarkeşlərin güdazına getdi
19.03.2010 - 14:17
AFFA İntizam Komitəsi bu gün keçirilən iclasda “Xəzər-Lənkəran” klubunu cərimələyib. Apasport.az saytının məlumatına görə, buna səbəb ölkə kubokunun 1/4 finalında “Qarabağ”la görüşün 87-ci dəqiqəsində lənkəranlı azarkeşlərin meydançaya kənar əşyalar atmasıdır. Eyni zamanda, “Qarabağ”ın fanatları da tribunada oturacaqlar sındırıblar. Buna görə də Ağdam klubu “Xəzər-Lənkəran” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq dəymiş zərəri ödəməlidir.
“İnter” və “Neftçi” arasında keçirilmiş digər 1/4 final görüşündə ikincilərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından, flaqman 1000 manat cərimələnib. Matçın 82-ci dəqiqəsində baş hakim Elnur Muradov “İnter”in üzvü Giorgi Lomayaya sarı vərəqə göstərib. Ancaq qarşılaşmanın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edilib və oyunçuya göstərilmiş sarı vərəqə ləğv olunub. Hakimlər Komitəsinə baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürmək göstərişi verilib.
“Olimpik-Şüvəlan” – “Simurq” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığından klub 1000 manat cərimələnib. Analoji cəzaya “Standard” komandası da məruz qalıb.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0