“Sevilya”nın baş məşqçisi istefaya göndərilib
24.03.2010 - 11:43
İspaniyanın “Sevilya” komandasının baş məşqçisi Manolo Himenes istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi İspaniya çempionatının 28-ci turu çərçivəsində “Xeres”lə ötən gecə 1:1 hesablı heç-heçədən sonra ispaniyalı çalışdırıcısı ilə əməkdaşlığı dayandırmağı qərara alıb. Son 7 oyunda qələbə qazana bilməyən “Sevilya” hazırda turnir cədvəlində 5-ci yerdədir. Bu da komandanın yeni mövsüm üçün məqsədinə - yəni Çempionlar Liqasına vəsiqə qazanmaq hədəfinə uyğun gəlmir. Üstəlik, “Sevilya” ÇL-nin ¼ finalında Moskva MOİK-inə evdə uduzaraq (1:2) mübarizəni dayandırmalı olub.
“Sevilya”nın baş məşqçisi olmağa əsas namizəd İspaniya yığması ilə Avropa çempionluğu qazanan Luis Araqones sayılır. 71 yaşlı ispaniyalı mütəxəssis 1993-95-ci illərdə “Sevilya”nı çalışdırıb. Klub rəhbərliyi artıq Araqoneslə ilkin danışıqlar aparıb. Himenesin yerinə digər namizəd isə danimarkalı Mikael Laudrup sayılır.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0