“Bakı” İtaliyada məşqçi axtarır?
26.03.2010 - 16:48
“Bakı” İtaliyada məşqçi axtarır?
"Bülənt Korkmaz martın 23-də Bakını tərk edib. Hazırda İstanbulda olan həmyerlimi rəhbərlik səviyyəsində yola salmışıq, ona uğurlar arzulamışıq". Bu sözləri apasport.az saytına açıqlamasında "Bakı"nın vitse-prezidenti Tunc Afşar deyib.

Korkmazın Azərbaycana gəlişinə vasitəçilik etmiş Tunc Afşar hazırda İtaliyada səfərdədir. Şəxsi işləri ilə bağlı görüşlər keçirən Afşarın baş məşqçi axtarışına çıxması da istisna deyil. Türkiyəlinin dediyinə görə, baş məşqçi məsələsində son sözü prezident Hafiz Məmmədov söyləyəcək: “Hafiz müəllim hazırda xaricdədir. Əlbəttə ki, məsələ onun gəlişindən sonra müəyyənləşəcək. Hələlik, bununla bağlı konkret nəsə demək çətindir”.
0