Çempionluğa namizədlər qələbə görmədilər - YENİLƏNİB
27.03.2010 - 19:57
Çempionluğa namizədlər qələbə görmədilər - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında XXV turun dörd oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, bu qarşılaşmalardan yarısı birinci, yarısı isə ikinci “altılıq”da baş tutub.

Mübarizəni dayandırdığı ölkə kuboku da daxil olmaqla, son üç oyunda qələbə qazana bilməyən “Qarabağ” bu uğursuz ənənəni poza bilməyib. Lider “İnter”lə matçda məğlub duruma düşən Ağdam təmsilçisi son dəqiqələrdə Aslan Kərimovun vurduğu qol sayəsində bir xala sevinib.

“Xəzər-Lənkəran” liderin Ağdamda xal itirməsindən yararlana bilməyib. Ötən tur “bankirlər”ə uduzan Lənkəran təmsilçisi bu dəfə iki xal itirib. Mircavadovun komandası son vaxtlar uğursuz çıxış edən “Neftçi” ilə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb.

İkinci “altılıq”da “Turan” öz meydanında “Simurq”la xalları yarı bölüb. Salyanda isə yerli “Muğan” Sumqayıtın “Standard” klubunu məğlub edib.

Turun daha iki oyunu sabah baş tutacaq.

XXV tur
27 mart (şənbə)


“Xəzər Lənkəran” – “Neftçi” - 0:0
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu

“Qarabağ” – “İnter” - 1:1
QOLLAR: Aslan Kərimov, 86 - Samir Abasov, 45
Hakimlər: Elçin Məmmədov, Vaqif Musayev, İlham Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Turan” – “Simurq” - 0:0
Hakimlər: Azad Mütəllimov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Novil İsmayılov
Tovuz şəhər stadionu

“Muğan” – “Standard” - 1:0
QOL: Vadim Kriçmar, 34
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Qəzənfər Məmmədov, Alik Yunusov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rüfət Hüseynov
Salyan şəhər Olimpiya İdman Kompleksinin satdionu

28 mart (bazar)

16:00. “Bakı” – “Qəbələ”

Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Nizami Şərifov
Bakı. T.Bəhramov adına Respublika stadionu

16:00. “Olimpik-Şüvəlan” – “Karvan”
Hakimlər: Zöhrab Əliyev, İsgəndər Əliyev, Habil Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Şəfa” stadionu

komandalar

o

q

h

m

t

x

1

"İnter"

12

6

3

3

13-11

21

2

"Xəzər-Lənkəran"

12

4

6

2

12-6

18

3

"Neftçi"

12

3

6

3

8-7

15

4

"Qarabağ"

12

3

6

3

7-9

15

5

"Bakı"

12

4

3

5

10-10

15

6

"Qəbələ"

12

2

4

6

10-17

10

7

"Simurq"

12

6

4

2

16-10

22

8

"Olimpik-Şüvəlan"

12

6

3

3

18-12

21

9

"Turan"

12

5

4

3

19-15

19

10

"Muğan"

12

3

5

4

7-8

14

11

"Standard"

12

3

3

6

11-17

12

12

"Karvan"

12

1

5

6

9-18

8


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 11
0