Yığmamızın baş məşqçisi vaxt istəyir
27.03.2010 - 18:05
Yığmamızın baş məşqçisi vaxt istəyir
“Bu komanda cəmi ay yarımdır ki, formalaşdırılıb”. Apasport.az saytının xəbərinə görə, bunu qadınlardan ibarət milli komandamızın baş məşqçisi Şamil Heydərov deyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Çexiyaya ağır məğlubiyyətdən (0:5) sonra Heydərov bildirib ki, istənilən oyunu nümayiş etdirmək üçün futbolçular öz üzərində daha çox işləməlidir və bunun üçün zamana ehtiyac var.
0