Türklər Yılmaz Vuralı “Bakı” klubuna baş məşqçi gətirir
27.03.2010 - 18:18
Türklər Yılmaz Vuralı “Bakı” klubuna baş məşqçi gətirir
İstanbulun “Kasımpaşa” klubunun baş məşqçisi Yılmaz Vural Azərbaycanda çalışa bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, son vaxtlar “Kasımpaşa”ya uğurlu nəticələr qazandıran Yılmaz Vural Bülənt Qorxmazın gedişindən sonra “Bakı” ilə danışıqlara başlayıb: “Yılmaz Vural və “Bakı” rəsmiləri gələn həftə bir daha görüşəcəklər. Anlaşma olduğu təqdirdə Yılmaz Vural bu mövsümün sonu “Kasımpaşa”dan ayrılacaq”.

Xatırladaq ki, türkiyəli mütəxəssis Bülənt Qorxmazın istefasından sonra “Bakı” klubunu müvəqqəti olaraq Məqsəd Yaqubəliyev çalışdırır.
0