3 oyunda 2 darmadağın
27.03.2010 - 18:37
3 oyunda 2 darmadağın
Futbol üzrə I Divizion komandaları arasında Azərbaycan çempionatında XV tura start verilib. Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə üç qarşılaşma baş tutub.

"Bakılı" - "Energetik" - 3:0
Ruslan Qafitullin, 40; Namiq Həsənov, 62; Siyavuş Quluzadə, 90+1

MKT "Araz" - "Gəncə" - 0:1
Vasif Vəliyev, 81 (p)

"Göyəzən" - ABN "Bərdə" - 0:3
Mehman Əzizov, 23; Bəxtiyar Fəzai, 36; Eldəniz Orucov, 78

Turun digər üç oyunu sabah keçiriləcək.
0