Qurban Qurbanov “Xəzər-Lənkəran”la oyundan ehtiyatlanır
27.03.2010 - 18:47
Qurban Qurbanov “Xəzər-Lənkəran”la oyundan ehtiyatlanır
“Bu oyunda iki fərqli hissəyə şahidlik etdik. İkinci hissədə komandamız çox mübariz görünürdü”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Unibank Premyer Liqasının XXV turunda öz meydanında “İnter”lə xalları yarı bölən Ağdam təmsilçisinin çalışdırıcısı bildirib ki, meydançanın vəziyyəti hər iki komandaya bacarıqlarını göstərməyə imkan verməyib: “İnter”lə bugünkü oyunu unudacağıq. Ardıcıl üç dəfə məğlub olduğumuzdan komanda böyük təzyiq altına düşmüşdü. Qarşıda bizi “Xəzər-Lənkəran”la çox ağır oyun gözləyir”.

Xatırladaq ki, “Qarabağ” – “İnter” matçı 1:1 hesabı ilə başa çatıb.
0