Sxadadze: Elçin Məmmədov oyunun “ipini” əldən buraxmışdı
27.03.2010 - 18:50
Sxadadze: Elçin Məmmədov oyunun “ipini” əldən buraxmışdı
“Komandamızın oyunundan razı qaldım. Uşaqlara təşəkkür etmək istəyirəm. Samir Abbasov gözəl qol vurdu. Azərbaycan futbolu inkişaf etməkdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri səfərdə “Qarabağ”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcü çalışdırıcı hakimlik barədə də fikirlərini söyləyib: “Mən heç zaman hakimlər haqda danışmaq istəməmişəm. Amma fikrimcə, bugünkü görüşdə baş hakim Elçin Məmmədov oyunun “ipini” əldən buraxmışdı. Çox istərdim ki, Azərbaycan futbolunun inkişafına hakimlər də yardımçı olsun”.
0