Roman Pokora: Öncə şikayət, sonra tərif
27.03.2010 - 19:23
Roman Pokora: Öncə şikayət, sonra tərif
“Bildiyiniz kimi, komandam bir çox oyunçularla yollarını ayırıb. Uzun yol qət edib Tovuza gəlmişdik ki, qələbə qazanaq. Təəssüf ki, bunu bacarmadıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Unibank Premyer Liqasının XXV turunda "Turan"la qolsuz heç-heçə edən Zaqatala təmsilçisinin çalışdırıcısı bildirib ki, rəqib çox gözəl futbol oynadı: “Azarkeşləri də komandanı əlavə ruhlandırırdı. Əvvəlki günlərə nisbətən stadionun vəziyyəti yaxşıdır”.
0