“Turan” “Simurq”a 4 qol vura bilərmiş...
27.03.2010 - 19:27
“Turan” “Simurq”a 4 qol vura bilərmiş...
“Gözəl oyuna görə futbolçularıma təşəkkür edirəm. Demək olar ki, "Simurq"a heç bir şans vermədik, üstünlük bizim tərəfimizdə oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq”la oyundan sonra təşkil olunan mətbuat konfransında “Turan”ın baş məşqçisi Nizami Sadıqov deyib.

Sadıqov bildirib ki, oyunun sonlarına yaxın 3-4 dəfə qol vurmaq şansı yaransa da, bundan yararlana bilməyiblər: “Təəssüf ki, bu imkanlardan istifadə edə bilmədik. "Simurq" bu gün müdafiə futbolu oynadı və qapısının toxunulmazlığını qoruya bildi”.
0