“Komandamızın oyunu çox xoşuma gəldi”
27.03.2010 - 19:32
“Komandamızın oyunu çox xoşuma gəldi”
Unibank Premyer Liqasının XXV turunda "Muğan" öz meydanda "Standard"ı qəbul etdi. Apasport.az saytının xəbərinə görə, ilk hissədə Vadim Kriçmarın vurduğu qol oyunda yeganə oldu və "Muğan" vacib ev oyununda 3 xalı qazanan tərəf oldu.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Böyükağa Hacıyev bildirib ki, futbolçularının çoxu zədəli olduğu üçün oyunları istədiyi kimi alınmayıb: “Hər iki komandanın ifasında çox sürətli və baxımlı oyun izlədik. "Muğan" çox yaxşı komandadır, qələbə münasibəti ilə onları təbrik edirəm”.

"Muğan" klubunun baş məşqçisi Almir Hurtiç isə vurğulayıb ki, oyunun ilk yarım saatında üstünlük onların tərəfində olub: “Standard” zəif klub deyil, bu oyunda 3 xalı qazanmaq bizə çox çətin başa gəldi. Komandamızın oyunu mənim çox xoşuma gəldi”.
0