“Barselona” Avropa rekorduna şərik oldu
07.04.2010 - 09:47
İspaniyanın “Barselona” klubu Avropa rekordçusu olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 finalında “Arsenal”ı (İngiltərə) mübarizədən kənarlaşdıran kataloniyalılar tarixlərində 26-cı dəfə qitə kuboklarının yarımfinalına çıxıblar.
Bununla, Xosep Qvardiolanın yetirmələri əzəli rəqibi “Real”a məxsus rekordu təkrarlayıb. 6 dəfə Kuboklar Kuboku, 8 dəfə UEFA kubokunda buna nail olan “Barselona” 12-ci dəfə qitənin ən nüfuzlu klub turnirində bu qədər irəliləyib.
Ümumilikdə isə Avropanın yalnız 4 klubu 20 həddinə çatmağı bacarıb. Onlardan biri - “Bavariya” bu gün 21-ci dəfə 1/4 final səddini adlaya bilər. Lakin onların rəqibi “Mançester Yunayted” İngiltərə rekordunu təkrarlamaq arzusundadır. Onlar “Liverpul”un nəticəsini təkrarlamaq üçün bu gün mərhələ adlamalıdır.
Avrokubokların yarımfinalına ən azı 10 dəfə çıxan klublar
1-2. “Real”, “Barselona” (hər ikisi İspaniya) - 26
3-4. “Bavariya” (Almaniya), “Yuventus” – 20
5. “Milan” – 18
6. “İnter” (hamısı İtaliya) – 17
7. “Liverpul” – 15
8. “Mançester Yunayted” (hər ikisi İngiltərə) – 14
9. “Ayaks” (Hollandiya) – 12
10-11. “Benfika” (Portuqaliya), “Atletiko” (İspaniya) – 11
12. “Çelsi” (İngiltərə) – 10

0
0