Pavel Çebanu söz verdi: Azərbaycan yığması ilə 100 faiz oynayacağıq
07.04.2010 - 10:08
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu Azərbaycan yığması ilə yoldaşlıq görüşünə yenidən toxunub. Apasport.az saytının məlumatına görə, Çebanu bu oyunun baş tutmamağı ilə bağlı narahatçılığa əsas görmür.
Məlum olduğu kimi, Moldova millisinin mayın sonunda Avstriyadakı hazırlıq prosesi ilə bağlı dəyişiklikləri davam etməkdədir. Bir ara yığmamızla görüşü təxirə salmağı düşünən moldovalıların Hondurasla oyununun keçirilməyəcəyi az öncə bəlli oldu. Çebanu bu informasiyanı rəsmən təsdiqləyib: “Görünür, Hondurasla oyun olmayacaq. Onun əvəzinə mayın 30-da nəzərdə tutulan ikinci yoldaşlıq görüşündə Səudiyyə Ərəbistanı ilə üzləşə bilərik. İlk oyunumuzun isə mayın 26-da Azərbaycan yığması ilə olacağı yüz faizdir. İstənilən halda, iki yoldaşlıq görüşü keçirəcəyik. Bir neçə federasiya ilə danışıqlar gedir”.
Qeyd edək ki, DÇ-2010-nun iştirakçısı olan Honduras yığması milli komandamızla Avstriyada iyunun 2-də yoldaşlıq görüşünü qüvvədə saxlayıb.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0