Milli komandamız üçün iki debütant
07.04.2010 - 10:27
19 yaşadək futbolçular arasında Avropa çempionatının elit raunduna qatılacaq Azərbaycan milli komandasının oyunlarından ikisini idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Türkiyədə keçirilən qrup oyunlarının referilərinin təyinatını açıqlayıb.
Komandamızın aprelin 14-də meydan sahibləri ilə keçirəcəyi ilk görüşündə 33 yaşlı fransalı Antoni Qautiyer fit çalacaq. Yığmamızın aprelin 16-da Norveç, 3 gün sonra İspaniya yığması ilə görüşlərini isə eyni hakim idarə edəcək. Belə ki, bu qarşılaşmalarda fit çalmaq 31 yaşlı bolqarıstanlı Aleksandar Kostadinova tapşırılıb. Bu ildən FİFA hakimi olan Qautiyerlə Kostadinov bu statusda debütünü Türkiyədə rəsmiləşdirəcək. Onların briqadasında yer alacaq ədalət təmsilçilərinin adları isə hələ açıqlanmayıb.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0